"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na investisiya yatırılıb

DAXİLİ SİYASƏT 14 noy 2022, 16:10 147
"Albayrak" şirkətlər qrupunun logistika üzrə direktoru Harun Öncük-dən əldə etdiyimiz məlumata görə, Türkiyənin "Albayrak" şirkəti "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na ilkin mərhələdə 30 mln. dollar həcmində investisiya yatıracaq. Onun sözlərinə görə, bu investisiyalar şirkətin limanda fəaliyyət göstərəcək gübrə terminalında, işləyən Ro-Ro və ağır yüklər terminallarında iştirakı çərçivəsində nəzərdə tutulub.
Harun Öncük onu qeyd edib ki, ancaq ağır yüklər terminalında quraşdırılacaq mobil qaldırıcı kranın alınmasına 4 mln. dollar vəsait xərclənib.
Şirkət nümayəndəsi əlavə edib ki, gübrə terminalını gələn ilin martın axırı üçün istifadəyə verilməsi planlaşdırılıb.
"Şirkət gələcəkdə limanda başqa sahələrə də investisiya yatırımına davam edəcək" -deyə O bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top