Zakir Həsənov Gürcüstanda rəsmi səfərdədir

ORDU 14 noy 2022, 14:03 93
 Sosial.tv-nin məlumatına görə, Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri cənab Cuanşer Burçuladze ilə görüşüb.
Qeyd edilib ki, tərəflər regional təhlükəsizlik, hərbi əməkdaşlığın inkişaf perspektivləri, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin hərbi, hərbi texniki, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Məlumata əsasən, qarşılanma mərasimi Gürcüstan Müdafiə Nazirliyində rəsmi olaraq təşkil edilib. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
 
Yekunda hər iki ölkənin müdafiə nazirlikləri arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top