Ən uzun müddət qol buraxmayan qapıçılar

İDMAN 14 noy 2022, 11:19 115
  Sosial.tv Report-un məlumatına əsasən bildirir ki,  beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.
Mundiallarda qapısını ən uzun müddət toxunulmaz saxlayan çərçivə qoruyucuları açıqlanıb.
İtaliya millisinin sabiq oyunçusu Valter Zenqa 1990-ci ildəki turnirdə ardıcıl 516 dəqiqə qapısını toxunulmaz saxlayıb.
62 yaşlı veteran qolkiper həmin vaxt 5 qarşılaşmada qol buraxmayıb.
Ümumilikdə bütün dünya çempionatları tarixində yalnız 9 çərçivə qoruyucusu 400 və daha artıq dəqiqə qol buraxmadan dayanıb.
Mundialların seçmə mərhələsində isə ən çox qapısını toxunulmaz saxlayan qapıçı Yeni Zelandiyadan olan Riçard Uilsondur. O, 1982-ci ildəki yarışın seçmə mərhələsində 921 dəqiqə qapısında qol görməyib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top