“Fənərbağça” qələbəni əldən verib

İDMAN 12 noy 2022, 20:22 99
Öz meydanında 10 nəfərlə qalan “Fənərbağça” qələbəni əldən verib.
Türkiyə Super Liqasının XIV turunda “Fənərbağça” öz meydanında “Giresunspor”la qarşılaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar.
Enner Valensiya 19-cu dəqiqədə fərqlənib. 40-cı dəqiqədə isə “Fənərbağça”nın braziliyalı hücumçusu Joao Pedro qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
İkinci hissədə rəqibin meydandakı azlığından istifadə edən qonaqlar iki qol vurublar. İspaniyalı Borxa Saynz 12 dəqiqəyə dubl edərək komandasının qələbəsini təmin edib. O, 71 və 83-cü dəqiqələrdə fərqlənib.
Bu nəticə ilə “Fənərbağça” beş oyunluq qələbə seriyasından sonra məğlubiyyətlə barışmalı olub.//mənbə:oxu.az
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top