Aİ Xarici Siyasət İdarəsi bəyanat yayıb ki, Ermənistan və Azərbaycan rəhbərliklərinin fikir ayrılıqlarını aradan qaldırmaq, regionda davamlı və dayanıqlı sülhə nail olmaq üçün atdığı çoxsaylı addımları alqışlayır.
Avropa İttifaqı bəyanatında hər iki tərəfi düşmənçilik səhifəsini çevirməyə və daha çox insan itkisinin qarşısını almaq üçün barışıq səylərini davam etdirməyə çağırıb.
“Bu danışıqlar şübhəsiz ki, mürəkkəb və zaman tələb edən olsa da, irəliləmək və regionun bütün əhalisi üçün təhlükəsizliyi və tərəqqini təmin etmək üçün konkret addımlar barədə razılığa gəlmək imkanını əldən verməmək çox vacibdir”- bəyanatda deyilib.
Eyni zamanda bildirilir ki, Aİ hər iki tərəfin təkliflərinə fəal reaksiya verməkdə davam edəcək və bütün qalan məsələlərin hərtərəfli və ədalətli həlli istiqamətində görülən işlərdə, o cümlədən Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndə Jozep Borrelin, Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaarın şəxsən iştirakı ilə və digər Aİ mexanizmləri vasitəsilə onlara dəstək verəcək.