
“Qarabağ” dünya reytinqində səkkiz pillə irəliləyib. IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) nın verdiyi məlumata görə, aktivində 143,5 xal olan “köhlən atlar” səkkiz pillə irəliləyərək 83-ü olub.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) nın verdiyi məlumata görə, aktivində 143,5 xal olan “köhlən atlar” səkkiz pillə irəliləyərək 83-ü olub.
İlk “3-lük”də 329 xalla “Flamenqo” (Braziliya), 311 xalla “Liverpul” (İngiltərə) və 308 xalla “Palmeyras” (Braziliya) qərarlaşıb.