İlanın mədəsindən timsah çıxıb – VİDEO

ARAŞDIRMA 11 noy 2022, 09:46 132
 Florida ştatından (ABŞ) olan model və alim 26 yaşlı Rozi Mur öz laboratoriyasında nəhəng pitonunun mədəsindən bir metr yarımlıq alliqator çıxarıb. Bu işdə Mura bir qrup elm adamı kömək edib.
Əməliyyat Everqleyds Milli Parkındakı ərazilərin invaziv piton növləri tərəfindən tutulması ilə bağlı mövcud problemi əks etdirir. Bu ilanlar məməliləri və kiçik sürünənləri ovlayır.
Murun sözlərinə görə, mütəxəssislər beş metrlik piton tutaraq dövlət tələblərinə uyğun olaraq evtanaziya ediblər. Bundan sonra piton laboratoriyaya aparılaraq yarılıb.
Qeyd edilib ki, Mur fəza texnologiyaları və insanın ətraf mühitlə qarşılıqlı əlaqəsi üzrə ixtisaslaşmış alimdir. O, əsas işindən əlavə model kimi də çalışır. Mənbə oxu.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top