
Özbəkistanın xarici işlər naziri Vladimir Norov açılış nitqi zamanı deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri cümə axşamı keçiriləcək görüşdə noyabrın 11-də Səmərqənddə keçiriləcək birinci TDT sammiti zamanı imzalanması planlaşdırılan sənədlər paketinə baxacaqlar.
"TDT-a üzv dövlətlərin ilk sammitinin türk sivilizasiyasında böyük rolu olan Səmərqənddə keçirilməsi rəmzidir. Sammitin əsas hadisəsi 2022-2026cı illər üçün hazırlanmış və inkişafı müəyyən edəcək sənədlər paketinin imzalanmasıdır".- özbək baş diplomatı bildirib.
2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında özünü Türk Dövlətləri Təşkilatı adlandırdı. Hazırda təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Macarıstan və Türkmənistan isə müşahidəçi qismində iştirak edir.