Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin olunub

QARABAĞ 09 noy 2022, 20:53 138
   “Azərsu” ASC-nin verdiyi məlumata görə, Şuşa şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədi.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 2 il əvvəl işğaldan azad etdiyi Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirlir.
Belə ki, Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında artıq tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.
Layihə Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək. 
Qeyd edilib ki,  şəhərin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb.
Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top