Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

LAYİHƏ 09 noy 2022, 20:43 95
 Litvada Noyabrın 12-də Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
Sosial.tv  “Report”-a istinadən xəbər verir ki, bunu “Azeris” cəmiyyətinin sədri Əliağa Məmmədov deyib.
Mədəniyyət günləri Klaypeda regionundakı “Azeris” Azərbaycan icması tərəfindən Litvanın Milli Mədəniyyətlər Mərkəzi ilə birgə təşkil olunacaq. Bu, Azərbaycanın 44 günlük Vətən Müharibəsində Qələbə Gününə həsr olunacaq.
Tədbir çərçivəsində Klaypedanın mərkəzində milli geyimli atlıların, həmçinin ictimaiyyət nümayəndələrinin və tədbirin qonaqlarının təntənəli yürüşü, Azərbaycan yeməklərinin dequstasiyası nəzərdə tutulub.
Xatırladaq ki, “Azeris” Azərbaycan icması 10 ildən artıqdır ki, Litvada fəaliyyət göstərir. O, həmvətənlərin Litvanın həyata şəraitinə inteqrasiyasına yardım göstərir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top