Kayseridən İstanbula gedən avtobus aşıb

HADİSƏ 07 noy 2022, 10:39 81
  Sosial.tv Anadolu xəbər agentliyindən əldə etdiyi məlumata əsasən, Anadolu magistralının Bolu hissəsində sərnişin avtobusunun aşması nəticəsində 3 nəfər ölüb, 2-si ağır olmaqla 32 nəfər yaralanıb.
 Magistral yolu ilə İstanbul istiqamətində hərəkət edən Doğan K.-nin rəhbərliyi ilə Kamil Koç firmasına məxsus 34 EHC 819 nömrəli sərnişin avtobusu Köroğlu İstirahət Obyektləri yaxınlığında yolun sağındakı baryerləri aşması nəticəsində baş verib. 
 Xəbərdarlıq üzərinə bölgəyə çox sayda sağlamlıq, xilasetmə, polis və jandarma qrupları göndərilib.
 Hadisə yerinə gələrək araşdırmalar aparan Bolu valisi Erkan Kılıç jurnalistlərə qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Qəza ilə bağlı araşdırmaların davam etdiyini açıqlayan Kılıç, "Bu yolda hər zaman xəbərdarlıq edilib ki, sürəti azaldın, qaydalara əməl edin. Avtobus sürücülərinə istirahət verilməlidir. Onlara diqqət yetirmək lazımdır. Həqiqətən kədərlənirik” deyə bildirib. 
  Vali Kılıç daha sonra xəstəxanalarda yaralılara baş çəkərək, “tezliklə sağalsınlar” diləyini çatdırıb.
  Sürücü Doğan K. isə jandarma qrupları tərəfindən ifadəsi alınması üçün polis bölməsinə aparılıb. Araşdırmalar davam edir. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top