Şuşanın möhtəşəm görüntülərini əks etdirən videoçarx hazırlanıb

QARABAĞ 05 noy 2022, 18:40 104
   Sosial.tv Bugün.tv-dən əldə etdiyi məlumata görə, Şuşa ilinə həsr olunan “Şuşa - bizi birləşdirən mədəniyyət” adlı videoçarx işıq üzü görüb.
 Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Məhz bu ilin “Şuşa ili” elan edilməsi mədəniyyət nümayəndələrinin bu möhtəşəm diyara daha çox nəğmələr, şeirlər, əsərlər həsr olunmasına səbəb olub. Bu layihələrdən biri də “Şuşa - bizi birləşdirən mədəniyyət” adlı layihədir.
 Layihə çərçivəsində sözləri Şahin Musaoğluna aid “Şuşa - bizi birləşdirən mədəniyyət” adlı şeiri xalq artisti Nurəddin Mehdixanlı səsləndirib və Şuşanın möhtəşəm görüntülərini əks etdirən videoçarx hazırlanıb.
 Qeyd edilib ki, layihənin ideya müəllifi Ramil Qasımovdur.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top