Dövlət orqanlarının media üzrə səlahiyyətli nümayəndələri inkişaf təlimlərinə başlayıb

DAXİLİ SİYASƏT 04 noy 2022, 13:33 104
   Media Təhlil Mərkəzi (MTM) Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə dövlət orqanlarının media üzrə səlahiyyətli nümayəndələri üçün 1-3 noyabr tarixlərində təlim təşkil olunub.
 Təlimin məqsədi mətbuat xidmətləri rəhbərlərinin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və inkişafı, bu sahədə effektivliyin artırılmasıdır. Təlimin proqramı peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və s. mövzuları əhatə edib.
  London Şəhər Universitetinin jurnalistika üzrə professoru, Britaniyanın Media Cəmiyyətinin vitse-prezidenti və İcmalar Palatasının media məsləhətçisi Barni Consun apardığı təlimdə iştirakçılar press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar.
 Təlimdə Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin beynəlxalq media üzrə səlahiyyətli nümayəndəsi Elnarə Kərimova da iştirak edib.
 Proqramın sonuncu günündə iştirakçılara sertifikatlar təqdim olunub.
 Qeyd edək ki, 2020-ci ilin aprel ayından işə başlayan MTM Azərbaycan media məkanının, dövlət və qeyri-hökumət qurumlarının kommunikasiya siyasətini təhlil edir, onların fəaliyyət səmərəliliyinin yüksəldilməsi məqsədilə təkliflər hazırlayır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top