Zəfər Gününə həsr edilən tədbir keçirilib

ORDU 02 noy 2022, 18:58 74
Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib.
 Sosial.tv DİN-nin mətbuat xidmətinə istinadən bildirir ki, noyabrın 2-də Daxili İşlər Nazirliyinin Bakı və Sumqayıt şəhərlərində yerləşən hərbi hissələrində 8 noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş təntənəli mərasimlər keçirilib. 
  Tədbirlərdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları, polis əməkdaşları, şəhidlərin ailə üzvləri, veteranlar, həmçinin Nazirliyin yüksək rütbəli baş idarə rəisləri iştirak ediblər. 
  Hər iki tədbirin əvvəlində respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Dövlət Himni səsləndikdən sonra çıxış edənlər Vətən müharibəsində qələbəyə gedən yolda döyüşən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının şərəfli yol keçdiyini vurğulayıblar. Qeyd olunub ki, döyüş tapşırıqlarını icra edərkən DİN-in 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb.
  Mərasimlərdə şəhid ailələrinin üzvləri və digər qonaqlar da çıxış edərək 8 noyabr – Zəfər Günü ilə əlaqədar hərbi qulluqçulara və polis əməkdaşlarına öz təbriklərini çatdırıblar. 
Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidləri ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top