"Günəş, kosmik hava və geosfer” mövzusunda tədbirlərə start verilib

ELM VƏ TƏHSİL 01 noy 2022, 10:43 75
 Azərbaycanın 2030-cu ilə qədər kosmik sahədəki fəaliyyətləri ilə bağlı geniş sənədlər hazırlanır. Hazırda Azərbaycan dünyada kosmik sənayedə etibarlı tərəfdaş olaraq qəbul olunur.
  Sosial.tv ELM və TƏHSİL nazirliyinin verdiyi məlumata əsasən bildir ki, bu mövzuda "Beynəlxalq kosmik hava təşəbbüsü: Günəş, kosmik hava və geosfer” mövzusunda beynəlxalq tədbirin açılış mərasimi keçirilib.
  Tədbir Birləşmiş Millətlər Təşkilatının Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Qlobal Naviqasiya Peyk Sistemləri (GNSS) üzrə Beynəlxalq Komitə (ICG) və Amerika Birləşmiş Ştatları Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) tərəfdaşlığı və dəstəyi ilə təşkil olunub.
Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən və 4 qitəsindən tədqiqatçılar iştirak edir, xeyli sayda alim isə onlayn olaraq qoşulub. 
 Noyabrın 5-dək davam edəcək konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 2018-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev “Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı”nı artıq təsdiq edib.
   Artıq bu gün Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və geoloji kəşfiyyat peyk xidmətlərini göstərir.
  “Qara qızılın insan kapitalına çevrilməsi” devizi gənclər üçün böyük fürsətlər yaradıb. Nəticədə xaricdə təhsil proqramı ilə artıq 3 mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb. Hazırda onlar ölkəmizə töhfə verməkdədirlər"- bunu çıxışında ELM və TƏHSİL naziri Emin Əmrullayev deyib.
 Gələn il isə Bakıda Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Bununla bağlı Azərbaycanın 2030-cu ilə qədər kosmik sahədəki fəaliyyətləri üzrə geniş sənədlər hazırlanır. 
  Qeyd olunub ki, növbəti ildə gözlənilən seminarda kosmik hava məlumatlarının yüksək dəqiqliklə toplanması, mübadiləsi və çatdırılması, həmçinin qabaqcıl təcrübələrin təşviqi yolu ilə modelləşdirmə, proqnozlaşdırma metodlarının dəqiqliyinin və etibarlılığının artırılması üçün tövsiyələrin hazırlanması daxildir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top