“Tinkoff Bank”ın rəhbəri vətəndaşlıqdan imtina edib

HADİSƏ 01 noy 2022, 09:26 71
   Sosial.tv məlumat verir ki,  məhşur iş adamı vətəndaşlıqdan imtina edib.  O bunu öz instaqram səhifəsində paylaşıb.
  Rusiyalı iş adamı, “Tinkoff Bank”ın qurucusu Oleq Tinkov Rusiya vətəndaşlığından imtina etmə səbəbi kimi ölkəsinin Ukrayna ilə müharibə aparması göstərib.
 “Rusiya vətəndaşlığından rəsmən imtina etdim. Ümid edirəm ki, daha çox iş adamı mənim ardımca gələcək”, - deyə bildirib.  
  O, 26 oktyabr tarixli vətəndaşlıqdan çıxma şəhadətnaməsinin fotosunu da yayıb.  
 Xatırladaq ki, Ukraynada genişmiqyaslı müharibənin başlamasından dörd gün sonra Tinkov, “Ukraynada hər gün günahsız insanlar ölür, bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər insanların müalicəsinə pul xərcləməlidir, müharibəyə deyil. Biz bu müharibəyə qarşıyıq”.
Qeyd edək ki, o, hazırda Londonda yaşayır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top