Soçi görüşünün bəzi nəticələri

QARABAĞ 01 noy 2022, 08:39 93
  Sosial.tv Caliber.Az saytına istinadən xəbər verir ki, Soçi sammiti danışıqlarının bəzi təfərrüatlarından bəlli olub.
 Belə ki, əldə etdiyimiz məlumata görə, Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hadisələri yekun Bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyirdi. Amma onlar da uğur qazana bilməyiblər. Ermənistan tərəfi öz bəndlərini sənədə daxil etməkdə uğur qazanmadığını başa düşdükdən sonra birgə Bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Üstəlik, bu, ev sahibi ölkəyə - Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.
   Həmçinin, yekun bəyanatda bir dənə də olsun “status” qeyd edilmir. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top