XİN Koreya Respublikasına başsağlığı verib

XARİCİ SİYASƏT 30 okt 2022, 10:57 88
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.
Sosial.tv-nin məlumatına əsasən, bu barədə Nazirlik tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.
Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top