“Atabəylər: Şəmsəddin Eldəgiz" filmi haqqında Mədəniyyət Nazirliyinin rəyi

KİNO 28 okt 2022, 19:06 136
    Tariximizin ən şərəfli dövrlərindən biri olan 12-13-cü əsrlərə aid Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng sərhədlərindən bəhs edən, həmin dövrün hərbi-siyasi müstəvisindən başqa, həm də elmi və mədəni sahələrini təmsil edən dühalarının obrazı yaradılacaq “Atabəylər: Şəmsəddin Eldəgiz” çoxseriyalı bədii televiziya filminin çəkilişi nəzərdə tutulub. 
 Sosial.tv-nin Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, bu  layihə ilə bağlı "Azərbaycan Televiziya və Radio Verlişləri" QSC (AzTV) ilə Mədəniyyət Nazirliyinin nümayəndələri arasında görüş keçirilib və belə bir layihənin həyata keçirilməsi ideyası müsbət qiymətləndirilib.
 Qeyd olunub ki, sözügedən ideyanın reallaşdırılması ilə əlaqədar konkret layihə hazırlandıqdan sonra layihənin həyata keçirilməsində Mədəniyyət Nazirliyinin bu və ya digər şəkildə iştirakı ilə bağlı konkret fikir söylənilə bilər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top