Universitetlərdə IELTS- in inkişafı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb

ELM VƏ TƏHSİL 28 okt 2022, 18:34 73
   Sosial.tv ELM və TƏHSİL Nazirliyindən əldə etdiyi məlumata əsasən, ingilis dilinin dahada təkmilləşdirilməsi üzrə Təhsilin İnkişafı Fondu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və 6 ali təhsil müəssisəsi arasında “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq edilməsi haqqında” əməkdaşlıq müqaviləsi imzalayıb. 
    Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Muxtar Məmmədov ali təhsil müəssisələrində ingilis dilinin təkmilləşdirilməsinin əhəmiyyətinə toxunub.          Nazir müavini qeyd edib ki, bu, keyfiyyətli elmi məqalələrin yazılması, dövlətlərarası önəmli akademik layihələrdə fəal iştirakın təmin edilməsi, elmi-pedaqoji heyətin qabaqcıl ölkələrin təcrübəsindən yararlanması və nəticədə, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” komponenti üzrə nəzərəçarpacaq irəliləyişlərin əldə olunmasına xidmət edəcək.
 "Layihə fondun ali təhsil müəssisələri ilə tərəfdaşlıq, elmi jurnal, nəşr və dərsliklərin hazırlanmasında universitetlərə dəstək və akademik mobillik proqramlarının həyata keçirilməsi üçün əhəmiyyətli komponentdir"- bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov bildirib. 
  Hazırkı dövrdə elm və təhsilin inkişafında xarici dil biliklərinin, xüsusilə, ingilis dilinin önəmli olduğunu qeyd edən idarə heyətinin sədri Ülkər Səttarova əlavə edib ki, layihənin başlıca məqsədi məhz ali təhsil ocaqlarının müəllim və tələbələrinin bu dili mənimsəməsi üçün əlverişli şəraitin yaradılmasıdır.
   Qeyd edək ki, sözügedən layihə çərçivəsində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan 300-dək akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişlərinin Təhsilin İnkişafı Fondu tərəfindən qarşılanması planlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top