Tarixində bu gün 14 kəndimiz işğalından azad edilib

QARABAĞ 28 okt 2022, 09:45 89
 İkinci Qarabağ müharibəsi zamanı 28 oktyabr tarixində müzəffər Azərbaycan Silahlı Qüvvələri Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzuli rayonunun Mandılı, Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini Ermənistanın işğalından azad edib.
Qeyd edək ki, Azərbaycan Ordusu 2020 sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı və
44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top