Azərbaycan Albaniya əlaqələrinin qurulmasının 30 ili tamam olub

XARİCİ SİYASƏT 27 okt 2022, 21:21 63
 Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının (23 sentyabr 1993-cü il) 30 illiyi tamam olub.
 Bu səbəblə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Albaniyanın Tirana şəhərinə səfər edib. Səfər Azərbaycan Respublikasının Albaniyadakı Səfirinin dəstəyi ilə həyata keçirilib.
 Səfərin əsas məqsədi Azərbaycan Respublikası ilə Albaniya Respublikası arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi, gələcək əməkdaşlıq perspektivlərinin dərinləşdirilməsi və Azərbaycan mədəniyyətinin Albaniyada daha geniş tanıdılması baxımından müzakirələrin aparılmasıdır.
 Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Marqariti, nazir müavini xanım Meri Kumbe, Avropa və xarci işlər nazirinin müavini xanım Artemis Malo və Tirana şəhərinin Bələdiyyə Başçısının müavini Keti Luarasi ilə rəsmi görüşlər keçirib.
 Görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin xüsusi əhəmiyyəti və xalqlarımız arasında dəyərlərimizin oxşarlığı vurğulanıb, eyni zamanda hər iki tərəf mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə maraqlı olduqlarını ifadə edib.
   Albaniyada Azərbaycan mədəniyyət həftəsinin keçirilməsinin təfərrüatları da müzakirə edilib.
   Nazirin birinci müavini Elnur Əliyev “Euronews Albaniya” kanalında Azərbaycan və Albaniya arasında sıx münasibətlərdən danışıb.
  O cümlədən mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, 30 illik işğal altında saxlanılan torpaqlarımızın azad olunması, həmin ərazilərdə törədilən vandalizm aktları, orada aparılan bərpa və quruculuq işləri, Şuşa şəhərinin ölkəmizin mədəniyyət paytaxı olması və orada keçirilən müxtəlif mədəni tədbirlərin əhəmiyyəti, habelə 2023-cü ildə Albaniyada keçiriləcək Azərbaycanın Mədəniyyət həftəsi haqqında geniş müsahibə verib.
daha ətraflı.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top