Biz Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlıyıq

QARABAĞ 27 okt 2022, 12:54 88
 "Müvəqqəti məhdudiyyətlər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə əngəl törətməməlidir, bu prosesin davamlı olması vacibdir".
  Sosial.tv "Aysor" xəbər agentliyinə istinadən bildirir ki, bu barədə Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının deputatı Andranik Köçəryan bu gün keçirdiyi brifinqdə deyib. 
 "Masa üzərində işləyə biləcəyimiz bir sənədin olması vacibdir" - deyə O qeyd edib. 
 Köçəryan Azərbaycanla sülh sazişinin imzalanmasında maraqlı olduqlarını da bəyan edib.
   “Delimitasiya və demarkasiya məsələləri də bu sənədlə bağlıdır. Amma onların eyni vaxtda həyata keçirilməsi üçün heç bir şərt yoxdur”, - deyə deputat bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top