“Belçikaya komikslərlə səyahət”

İNCƏSƏNƏT 27 okt 2022, 12:34 126
  Sosial.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, 19 oktyabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin və Belçika Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Belçika Komiks Mərkəzinin tərəfdaşlığı ilə Belçika və Azərbaycan arasında ikitərəfli münasibətlərin 30-cu ildönümünə həsr olunmuş “Belçikaya komikslərlə səyahət” adlı sərgi açılıb.
  Sərginin keçirilməsində məqsəd Azərbaycan ictimaiyyətinə Belçikanı kəşf etmək imkanı yaratmaqdır. 32 paneldən ibarət olan “Belçikaya komikslərlə səyahət” sərgisi çərçivəsində təqdim olunan nümunələrin hər biri ölkənin irsinin bir hissəsini təbliğ edir. Hər bir panel ziyarətçiyə Belçikada bir şəhər və ya bölgəni kəşf etmək imkanı verir. Sərgidə klassik albomlardan müasir nəşrlərə kimi dövrlərin və janrların müxtəlifliyini, həmçinin ölkənin hər üç bölgəsinin zənginliyini görmək mümkündür.
Sərgi 14 noyabr tarixinədək davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top