Tarixdə bu gün — Füzuli Beynəlxalq Hava Limanı təsis edilib

DAXİLİ SİYASƏT 26 okt 2022, 02:30 150
 Sosial.tv məlumatına əsasən,  tarixdə bu gün- 26 oktyabr 2021-ci il — Füzuli Beynəlxalq Hava Limanı təsis edilib.
 Qeyd edək ki, 2020-ci il İkinci Qarabağ müharibəsi zamanı oktyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan Silahlı Qüvvələrinin şəhərə nəzarəti yenidən ələ keçirdiyini elan etmişdir.
 Bundan sonra azərbaycanlı minatəmizləyənlər şəhəri və onun ətrafındakı bütün mina sahələrini təmizləmək üçün gecə-gündüz çalışmışdır.
2020-ci ilin sonlarında artıq Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla daha başqa  6 hava limanının yaradılmasına qərar verdilər. 
 
  Hava limanı nəzərdə tutulduğu kimi qısa müddətdə inşa edilərək, istifadəyə verildi.
2021-ci il oktyabrın 26-da isə hava limanının rəsmi açılışı olmuşdur. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin dövlətinin rəsmilərinin olduğu Türkiyənin bir nömrəli təyyarəsi, elə Ankara - Füzuli hava xətti ilə uçuş edərək, birbaşa Füzuli Beynəlxalq Hava Limanına enmişdir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top