Yeni qaydalar müzakirəyə çıxarılıb

ELM VƏ TƏHSİL 25 okt 2022, 22:46 72
 Sosial.tv ELM və TƏHSİL Nazirliyindən əldə etdiyi məlumata əsasən,  yeni qəbul olunmuş "valideyn və məktəb münasibətlərinin tənzimlənməsi üzrə qayda" ictimai müzakirəyə çıxarılıb.
 Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ)- da  keçirilən müzakirədə davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakına və şəxsi əşyalara qayğı, etik davranış və digər məsələlər yer alıb. 

  Görüşdə Elm və Təhsil Nazirliyinin, ARTİ-nin, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın, Daxili İşlər Nazirliyinin, UNICEF-in, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, QHT nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və digər qonaqlar iştirak ediblər.
 Şagirdlərin davranışı, fiziki təhlükəsizliyi, psixoloji sağlamlığı haqqında keçirilən müzakirədə iştirakçıların rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb, mövcud suallar cavablandırılıb.
 Eyni zamanda məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top