"Ekstradisiya haqqında" protokolda dəyişikliklər edilib

DAXİLİ SİYASƏT 25 okt 2022, 18:56 109
  Sosial.tv PA-nın məlumatına əsasən bildirir ki, “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Dördüncü Əlavə Protokolun təsdiq edilməsi barədə qanun prezident tərəfindən təsdiqlənib.
 Qanunda deyilir: “Ekstradisiya haqqında” Avropa Konvensiyasının 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilsin" - İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
 Qeyd edək ki, təsdiqlənmiş bu Protokol 1957-ci ildə qəbul edilib. Hazırda isə onun daxilində bir sıra müddəalar müasirləşdirilib və yenilənib.
 Bildirib ki, yenilənən konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top