Əliyev Ermənistanın sülh sazişi imzalayacağına ümid edir

XARİCİ SİYASƏT 24 okt 2022, 20:22 48
Azərbaycan Prezidentinin sözlərinə görə, bundan sonra regionda sülh hökm sürəcək.
Sosial.tv TASS-a istinadən bildirir ki, 
Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın sülh sazişi imzalayacağına və bundan sonra regionda sülhün hökm sürəcəyinə ümid etdiyini bildirib.
"Biz artıq Ermənistana beş əsas prinsipi çatdırmışıq və ümid edirik ki, Ermənistan siyasi iradə nümayiş etdirəcək, sülh danışıqlarına başlayacaq və Azərbaycanla sülh sazişi imzalayacaq. Bu baş verərsə, Cənubi Qafqazda sülh hökm sürəcək", - o, Gürcüstanda mətbuat konfransında deyib.
Azərbaycan lideri onu da xatırladıb ki, oktyabrın əvvəlində Praqada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Cənubi Qafqazda sülh və sabitlik üçün Gürcüstan-Azərbaycan-Ermənistan danışıqlar platforması, danışıqlar formatı yaradılmasını təklif edib. Əliyevin sözlərinə görə, İrəvan öz tərəfdən hazır olduğunu bildirərsə, Bakı bu ideyanı həyata keçirməyə hazırdır.
Bundan əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 2-də Cenevrədə keçirilən ikitərəfli görüşdə Azərbaycan tərəfinin Ermənistana sülh müqaviləsinin əsas elementlərini təqdim etdiyini və İrəvandan cavab gözlədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top