İsmayıllı rayonunda növbəti maarifləndirici görüş keçirilib

BÖLGƏ 24 okt 2022, 15:57 179
 Sosial.tv xəbər verir ki, “Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” adlı layihə növbəti dəfə İsmayıllı rayonunda baş tutub. 
 Xatırladaq ki, sağlam təbiət sağlam gənclik məqsədli bu layihələr Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin dəstəyi ilə həyata keçirir.


 
İsmayıllı rayonunda Heydər Əliyev Mərkəzındə baş tutan tədbirdə ətraf mühüti çirkləndirən əsas faktorlardan biri olan plastik qablaşdırma tulantıları məsələsi ön plana çıxarılıb.

Layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışaraq bildirib ki, son illər, plastik tulantıların təbiətə zərər vurması artmaqdadır.
  "1960-ci ildə bərk məişət tulantıların tərkibində plastık tulantıların miqdarı bir faiz idi. Lakin bu göstərici hal-hazirda 12 faizdən çoxdur. Belə ki, dünyada plastık tulantıların yalnız 20 faiz təkrar emal olunur. Hər il ətraf mühitə 150 tondan çox plastik tulantı atılır. Eyni zamanda hər il milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur. İnsanlarda xüsusui ilə də yeni yetmə və gənclər arasında bu mövzuda marifləndirmə tədbirlərin aparılması onlarda ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir.
  Dünya təcrübəsidə göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır" - layihə rəhbəri deyib. 
 Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə mövzusunda tədbir işrirakçılarına geniş məruzə edib. 
 Tədbir zamanı iştirakçılara maarifləndirici bukletlər paylanılıb və çay süfrəsi açılıb.
 Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsinin məqsədi Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərüfatı mütəxəsisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top