Yeni qanun layihəsi ilə bağlı "Siyasi partiyalar haqqında” ictimai dinləmə keçirilib

DAXİLİ SİYASƏT 24 okt 2022, 11:14 132
 Sosial.tv xəbər verir ki, Məclisdə "Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. 
“Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”- “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair keçirilən dinləmələrdə çıxışı zamanı Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli bildirib.
  Qeyd olunub ki, müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edirlər.
 
 “Azərbaycanda “Siyasi Partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunmuşdu. 1995-ci ölkədə Konstitusiya qəbul olundu. Orada da Siyasi partiyalara dair müddəalar olsa da, bu, qanunvericilikdə əks olunmamışdı. Bir sıra Avropa ölkələrində, qonşu ölkələrdə bu qanun həmin müddətdən dəyişib. Azərbaycanda da “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik Konstitusiyanın və beynəlxalq çağırışların tələblərindən irəli gəlir”, - Əli Hüseynli vurğulayıb. 
 O qeyd edib ki, müxtəlif ölkələrdə “Siyasi partiaylar haqqında” qanunvericilik ölkələrin siyasi sistemindən asılı olaraq dəyişir.
 Əli Hüseynlin sözlərinə görə, qanun layihəsində partiyalarla bağlı təsbit olunan yeni müddəalar praqmatik prinsiplərə söykənir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top