Oğuz rayonunda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə layihəsi keçirilib

BÖLGƏ 22 okt 2022, 22:56 133
 Sosial.tv məlumat verir ki, Oğuz rayonunda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə layihəsi keçirilib.
 "Ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir" - deyən  layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
 
 Onun sözlərinə görə, son illər, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tulantılarıdır. 1960-ci ildə bərk məişət tulantıların tərkibində plastık tulantıların miqdarı bir faiz idi. Lakin bu göstərici hal-hazirda 12 faizdən çoxdur. Belə ki,dünyada plastık tulantıların yalnız 20 faiz təkrar emal olunur. Hər il ətraf mühitə 150 tondan çox plastik tulantı atılır. Nəticədə milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur. Cəmiyyətdə, xüsusui ilə də yeni yetmə və gənclər arasında bu mövzuda marifləndirmə tədbirlər daha genişmiqyasda inkişaf etdirilməlidir.
 Dünya təcrübəsidə göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir.   Ona görə də Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır.
 
 Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə mövzusunda tədbir işrirakçılarına geniş məruzə edib.
Tədbir zamanı iştirakçılara maarifləndirici bukletlər paylanılıb və çay süfrəsi açılıb. 
 Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsində məqsəd Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərüfatı mütəxəsisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top