Şəkidə növbəti ekoloji maarifləndirmə tədbiri keçirilib

BÖLGƏ 22 okt 2022, 09:39 318
 Sosial.tv xəbər verir ki, hazırda Azərbaycanda ekoloji problemlərdən biri də bölgələrdə torpaqların təkrar şoranlaşmasıdır.
 Bununla bağlı, Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “OPTİMİST” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili” adlı layihəsi çərçivəsində Şəki şəhəri Mərkəzi Kitabxanasında ilk maarifləndirici görüşü keçirilib.
 İki ay müddətində icra olunması nəzərdə tutulan layihənin məqsədi Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərüfatı mütəxəsisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadla yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır. 
 Tədbirdə çıxış edən layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışaraq bildirdi ki, son illər, ölkəmizdə əkinə yararlı torpaq sahələri şoranlaşır, yaşıllıqların məhv olması prosesi artır. Dünya təcrübəsidə göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır.
 "Ölkəmizin torpaq fondunun təqribən 20 faizindən və yaxud 501, 9 min ha-dan çoxu şoranlaşmış topraq hesab olunur. Düzgün aparılmayan irriqasiya nəticəsində təkrar şoranlaşma halları da geniş yayılmışdırş. Suvarılan torpaqların 80 faizindən çoxunun bərpa olunma zərurəti var. Bu problemin dünyada uğurlu həlli istiqamətində yerli əhali xüsusi təsirlərə malikdir.Təssüflər olsun ki, Azərbaycan əhalisinin ekoloji problemlərin həllinə diqqəti hələ də çox zəifdir”- layihənin eksperti Taleh Əliyev bildirib.
 Sonda tədbir iştirakçılarına maarifləndirici bukletlər paylanılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top