Azərbaycanda Koha kitabxana sistemi yaradılacaq

LAYİHƏ 21 okt 2022, 13:21 277
Sosial.tv-nin məlumatına görə ötən illərlə müqayisədə mədəniyyət sahəsində 
gedən islahatlar kitab sənayesinə öz müsbət töhvələrni verib. Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Mariflinin sözlərinə görə ölkədə kitab sahəsində irəliləyişlər var.
 "İlk öncə onu qeyd edim ki,  kitab sənayesində islahatlar başlayıb. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə naşirlər üçün Komissiya yaradıllıb. Hər il keçrilməsi nəzərdə tutulan komissiyaya kitablarını nəşr etmək istəyən müəliflər müraciət edə bilərlər.
Müraciətdən sonra şəffaflığın qorunması üçün ərizəçiyə adının yerinə şifrə təqdim olunacaq. Komissiyadan müsbət rəy alan şəxsin kitabı nəşr ediləcək”-  deyə Akif Marifli bildirib .
Eyni zamanda bildirib ki, artıq Azərbaycanda da Koha kitabxana sistemi yaradılacaq. Düyada 70 dən çox ölkədə bu sistem fəaliyyət göstərir. Koha sistemi vasitəsilə oxucu dünya kitabxanalarına virtual daxil ola biləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top