Allahşükür Paşazadə: "Ermənistan Azərbaycanın mədəni-mənəvi irsinə təcavüz edib"

DAXİLİ SİYASƏT 19 okt 2022, 15:30 104
"Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirib”.
Sosial.tv “Report”un məlumatına əsasən xəbər verir ki , bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin 3-cü görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törətmiş, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlayıblar: “Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılmış, qriqoryanlaşdırılıb. Dövlətimiz hər zaman olduğu kimi, Qarabağda tarixi məscidləri və məbədləri nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyətnin irsini qorumaqdadır".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top