İraqın Türkməneli Partiyasının təbriki

DAXİLİ SİYASƏT 18 okt 2022, 14:24 78
Sosial.tv-nin məlumatına görə, Azərbaycanın hər zaman yanında olan, uğurlarına sevinən İraqın Türkməneli Partiyasının başçısı Riyaz Sarıkahya bu il də Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib. 
 
"Sovet Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də keçirilən iclasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edildi.
Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya 6 hissə, 32 maddədən ibarətdir.
Bu məsələ 1991-ci il dekabrın 29-da keçirilən ümumxalq referendumunda müzakirə olundu və əhalinin 95%-i ölkənin müstəqilliyinin lehinə səs verdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın bayrağı, Azərbaycan Dövlət Himni və Azərbaycanın gerbi haqqında qanunlar qəbul edildi.
18 oktyabr Azərbaycanın Müstəqillik Günü kimi qeyd olunur.
Müstəqillik Gününüz Mübarək Qardaş Azərbaycan" - İraqın Türkməneli Partiyasının rəhbəri Riyaz Sarıkahya.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top