Prezident Səbaildə yolların yenidən qurulması üçün sərəncam imzalayıb

LAYİHƏ 17 okt 2022, 15:16 94
Səbaildə yolların yenidən qurulmasına 1,2 milyon manat ayrılıb
Sosial.tv məlumat verir ki, prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.
Qeyd olunub ki, sərəncamda Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top