Müğənnimiz solo konsertə hazırlaşır

ŞOU 17 okt 2022, 14:03 94
Sosial.tv məlumat verir ki, Xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır.
Diva yenidən “Crystal hall” səhnəsində çıxış edəcək.
Kazımovanın konserti üzərində həm yerli, həm də əcnəbi peşəkarların yer aldığı böyük komanda çalışır.
Hazırda tədbirin afişası şəhərin müxtəlif yerlərində nümayiş olunur. Konsertin vaxtı isə yaxın günlərdə açıqlanacaq.
Xatırladaq ki, Aygün Kazımova 2017-ci ildə də “Crystal hall”da solo konsert verib. “Aygün Kazımova - 30 il” adlanan gecə müğənninin səhnə fəaliyyətinin 30 illiyinə həsr olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top