Aleksandr Novak: "Biz qazın baha olmasını istəmirik"

NEFT, QAZ 14 okt 2022, 18:50 110
   Sosial.tv TASS-ın məlumatına əsasən xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə Türkiyə üzərindən əhəmiyyətli miqdarda təbii qaz Avropaya ixrac edilə bilər.
  O qeyd edib ki, Türkiyədə Rusiya qazı mərkəzinin yaradılması üzərində düşünülür. "Mənim fikrimcə bu çox əhəmiyyətli layihə ola bilər. Əsas odur bu layihə bütün tərəflərin marağına səbəb olsun".
Novak “Anadolu” agentliyinə bildirib ki, “Cənub axını” təbii qaz kəməri – sonradan ləğv edilən və “Türk axını”na çevrilən layihə isə təxminən 63 milyard kubmetr tutumlu dörd xətt olaraq planlaşdırılıb.
 "Tələb olarsa, bu potensial əlavə qaz Qara dəniz və Türkiyə vasitəsilə Avropa istehlakçılarına qazın çatdırılması üçün istifadə edilə bilər", - Novak bildirib.
O Türkiyə ilə Rusiyanın enerji sahəsində son dərəcə yaxşı əlaqələrin olduğunu vurğulayıb. 
  Rusiyanın Türkiyənin enerji qovşağına çevrilməsi təklifindən danışan Novak, "Türk axınının gücü 31,5 milyard kubmetrdir. Xətlərdən biri digər ölkələrə ixrac üçündür"- deyib.
Rusiya qazının Türkiyəyə ixracında qiymətlərin aşağı salınması məsələsinə toxunan Novak eyni zamanda bildirib ki, bazarda avropalı siyasətçilər tərəfindən mövcud qiymətlər süni şəkildə yaradılır.   “Biz isə qazın baha olmasını istəmirik”. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top