Dünya bazarında "Azeri Light"-ın bir bareli 97,98 ABŞ dolları təşkil edib

NEFT, QAZ 14 okt 2022, 10:53 104
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,04 ABŞ dolları, yaxud 1,07% artaraq 97,98 ABŞ dolları təşkil edib.
Sosial.tv Report-a istinadən məlumat verir ki, hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri isə 94,51 ABŞ dollara satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top