İlk futbol tədbiri Qətərə rekord məbləğə başa gələcək

LAYİHƏ 10 okt 2022, 21:28 113
 Xarici mediaya xəbər verir ki, ilk dəfə böyük futbol tədbirinə ev sahibliyi edəcək Yaxın Şərq ölkəsi DÇ üçün 220 milyard dollar xərcləyib. Bu, 2018-ci ildə Rusiyada (11,6 milyard dollar), 2014-cü ildə isə Braziliyada (15 milyard dollar) keçirilən çempionatları geridə qoyub.
 Sosial.tv-nin əldə etdiyi məlumata əsasən,  Qətərin ilk futbol tədbiri rekord məbləğə başa gələcək.
 Vəsaitin böyük hissəsi Qətərin 2030-cu il üçün inkişaf planının bir hissəsi olan infrastruktur xərcləridir. Bu, mehmanxanalar, ən müasir metro şəbəkəsi, stadionlar və hava limanları olan innovasiya mərkəzinin tikintisini əhatə edir.
 Qətərin təkcə bu tədbir üçün 8 stadion hazırladığı məlumdur. Onlardan yeddisi 2022-ci il Dünya Kuboku üçün sıfırdan tikilib. Səkkiz stadionun hər biri təxminən bir saatlıq məsafədədir. 
 Səkkiz stadion günəş panelləri ilə təchiz ediləcək və ən müasir soyutma sistemlərinə, o cümlədən bəzi stadionlarda açıq hava kondisionerinə malik olacaq.
 Təxmini hesablamalara görə, noyabrda Qətərə 1,5 milyona yaxın futbol azarkeşi gələcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top