“Mədəniyyət/Culture” jurnalının 55 illiyi keçirilib

LAYİHƏ 10 okt 2022, 17:49 128
 Sosial.tv məlumat verir ki, Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisi çərçivəsində Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın baş redaktorluğu ilə nəşr olunan “Mədəniyyət/Culture” jurnalının fəaliyyətə başlamasının 55 illiyi qeyd olunub.

 Nəşrin slayd-şou ilə təqdimatını nümayiş etdirən Zöhrə Əliyeva “Mədəniyyət/Culture” jurnalının kontentində başlıca mövzulardan birinin də “Vahid türk dünyası” və onun inkişafda olan mədəniyyəti mövzusu olduğunu deyib: “Kitab sərgilərimiz hər zaman belə möhtəşəm keçirilir və bu çox gözəl bir təşəbbüsdür. Biz Azərbaycanda fəaliyyət göstərən bütün sənət və mədəniyyət ocaqları ilə, müqtədir müəlliflərlə əməkdaşlıq edirik.

 “Humay” mükafatına layiq görülən, mütəmadi olaraq Azərbaycan, Özbək, Türk ədəbi əlaqələri və s. mövzularda məqalələr yerləşdirilən  “Mədəniyyət/Culture” jurnalı əvvəllər müxtəlif adlarla çap olunsa da eyni jurnalın mənəvi varisidir və biz gözəl ənənələri ləyaqətlə davam etdirərək bu gün onun 55 illiyini qeyd edirik".

 Tədbirdə müxtəlif əməkdar mədəniyyət xadimləri,  jurnalist və professorların çıxışından sonra filologiya üzrə fəlsəfə doktoru, şair Akif Azal müəllifi olduğu “Xarıbülbül” şeirini səsləndirib.
 Sonda jurnalın baş redaktoru Zöhrə Əliyeva Mədəniyyət Nazirliyinə və iştirakçılara, qonaqlara təşəkkürünü bildirib.
“Mədəniyyət/Culture” jurnalı 
 

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top