Tayland uşaq bağçasına edilən hücum: Üç yaşlı sağ qalanın hekayəsi

KÖŞƏ 08 okt 2022, 20:27 134
Tayland uşaq bağçasına cümə günü hücum olub. Möcüzə nəticəsində üç yaşlı uşaq sağ qalıb.
Bu barədə Sosial.tv-nin BBC NEWS-dan əldə etdiyi məlumatında deyilib.
Üç yaşlı Emmi Taylandın şimalında uşaq baxçasında ən sevdiyi rəfiqəsinin yanında yatarkən, hücumçu silah və bıçaqla içəri daxil olub.
Təxminən üç yaşında olan 11 uşaqdan ibarət sinif öncə rəsm və yazmaqla məşğul olublar. Yerli vaxtla saat 10:00 radələrində müəllimlər hər zaman etdikləri işi görüblər, yəni gülümsəyən, şən uşaqların valideynlərinə foto yenilikləri göndəriblər.
 İki saat sonra, yuxu vaxtı isə keçmiş polis əməkdaşı Panya Kamrab binaya basqın edib. Şahidlərin dediyinə görə, o, uşaq bağçasına girəndə səkkiz aylıq hamilə olan müəllim də daxil olmaqla işçiləri güllələyib.
 "O, Emmy-nin bütün dostlarını yatarkən öldürdü"- məlumat da bildirilib. 
 Balaca Emmynin necə sağ qaldığı bəlli deyil. O oyaq vəziyyətdə, sinif yoldaşlarının cəsədlərinin yanında qıvrılmış vəziyyətdə tapılıb. 59 yaşlı babası Somsak Srithong daha sonra deyir: "Nəvəm oyananda nə baş verdiyini bilmirdi".
Nənəsi deyir ki,  Emmy "Niyə daha bağçaya getmirəm?"- tez-tez soruşur. "Çünki o müəllimlərini və dostlarını çox sevirdi. Ölüm anlayışını anlamaq uşaq üçün çətindir".
 Şəhərdəki bir neçə məbəddə üç günlük matəmin başlanması münasibətilə buddistlərin dəfn mərasimləri və qurbanlar, dualar keçirilir.
 Qeyd edilib ki, hücumun motivi hələlik məlum deyil, lakin polisin məlumatına görə, Kamrab iyun ayında narkotik istifadə etdiyi üçün işindən qovulub.
 İnsanları narahat edən səbəb ölkədə ölümcül silahların geniş yayılması və narkotik probleminin hələdə həllini tapmamasıdır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top