2023-cü ildə Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

LAYİHƏ 05 okt 2022, 14:05 175
Sosial.tv Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyindən ("Azərkosmos") əldə etdiymiz məlumata əsasən bu həftə ÜMUMDÜNYA KOSMOS HƏFTƏSI başlayıb.
“Məqsədimiz Qlobal kosmik sənayenin nailiyyətlərini qeyd etmək, eləcə də müxtəlif tərəfdaşların bu sahəyə marağını təmin edib gücləndirməkdir”- Azərkosmos bildirib.
Eyni zamanda Kosmos və bu sahədə təhsilin əhəmiyyəti barədə ictimaiyyətdə məlumatlılığı artırmaq, davamlı iqtisadi inkişaf üçün məsafədən müşahidə peyklərindən istifadəni təşviq etmək, gənclər arasında elm, texnologiya, mühəndislik sahəsinə marağı yüksəltmək nəzərdə tutulub.

Xatırladaq ki, "Azərkosmos" bu həftə ərzində (4-10 oktyabr) ali təhsil müəssisələri, ABŞ-nin Azərbaycandakı Səfirliyi, “Tusi Bohm Planetarium”un dəstəyi ilə ölkədə ilk dəfə silsilə tədbirlər keçirəcək. Məktəblilərlə görüşlər, universitetlərdə seminar və sərgilər təşkil olunacaq. Tədbirlərdə Azərbaycanın kosmik sahədə gördüyü işlər, peyk layihələri, "Azərkosmos"un təhsil sahəsində həyata keçirdiyi təşəbbüslər, 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi Beynəlxalq Astronavtika Konqresinin ölkə üçün əhəmiyyəti barədə təqdimatlar nümayiş olunacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top