Səfərbərliyin müsbət və mənfi təsirləri-şərh BBC NEWS

KÖŞƏ 27 sen 2022, 16:13 125
Vladimir Putinin elan etdiyi qismən səfərbərlik böyük sürpriz olmadı. Son günlərin siyasi hadisələri; müharibə ilə bağlı qanunlara bir sıra düzəlişlər; işğal olunmuş Ukrayna ərazilərində "referendum"ların hazırlanması; dərhal bir çoxları bu addıma hazırlıq kimi qiymətləndiriblər.

Putinin fərmanında deyilir ki, səfərbərlik qismən olacaq. Rusiya prezidentinin və ondan sonra müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, orduda xidmət etmiş və hərbi ixtisası olanlar səfərbərliyə cəlb olunurlar. Bundan başqa, döyüş təcrübəsi olanlar da səfərbər olunacaqlar.
Şoyqu bildirib ki, orduya 300 min nəfər çağırılacaq.
Bu arada, fərmanın mətni Putin və Şoyqunun danışdığı bütün məhdudiyyətləri müəyyən etmir. Yalnız səfərbərliyin qismən olacağını deyir.
Hələ May ayında bir çox "vətənpərvər" siyasətçilər, jurnalistlər, bloqçular və ekspertlər Vladimir Putinin ümumi və ya qismən səfərbərlik etməsini tələb edirdilər. Bu tələblər bəzən kifayət qədər sərt və hətta Kreml üçün təhqiredici formada dərc olunurdu.
"Tam müharibə" elan etmək tərəfdarlarının arqumenti belə idi: səfərbərlik olmadan Rusiyanı cəbhədə məğlubiyyət təhlükəsi gözləyirdi. Onların proqnozları qismən özünü doğrultdu
Bir çox hökumətyönlü rus şərhçiləri səfərbərlik elanını təqdirlə qarşılasalar da, hətta onların arasında bu tədbiri ən azı o qədər də qeyri-zəruri və hətta zərərli hesab edənlər var.
BBC-nin rus xidməti "səfərbərliyin Rusiya rəhbərliyinin nöqteyi-nəzərindən müsbət və mənfi tərəfləri nədir" sualına cavab verməyə çalışıb.
 
Müsbət tərəfləri budur ki, ordunun kəmiyyəti, aydın ideya ətrafında birləşməsi hər zaman lazımdır. Cəbhədəki canlı qüvvə çatışmazlığı heç nə ilə kompensasiya edilə bilməz - tanklar, artilleriya, raketlər, xüsusən aviasiya və donanma əraziləri ələ keçirə və saxlaya bilməz. Bunu yalnız piyadalar edə bilər. Təkcə hərbi əməliyyatlar aparmaq üçün deyil, həm də ərazini saxlamaq üçün canlı qüvvə lazımdır.
İsrailli hərbi ekspert David Gendelmanın BBC-yə verdiyi müsahibədə izah etdiyi kimi, elan edilən səfərbərlik təkcə cəbhə xəttində əsgər çatışmazlığı ilə bağlı təcili problemin həlli deyil, həm də daha uzun müddət üçün hesablamadır.

 
Təbii ki, mənfi cəhətləri peşəkar hərbiçilərin azlığı, vaxt itkisi, etirazlar, münaqişələrin artması və.s.
Səfərbərlik başlayandan sonra hərbi kadrların hazırlanması problemi hər zaman yarana bilər və yarandıda.
Putin və Şoyqunun sözlərinə görə, səfərbərlik bir neçə dalğada baş tutacaq və ilk növbədə, döyüş təcrübəsi olan və ya hərbi xidməti başa vurmuş, eləcə də hərbi qeydiyyat ixtisası olan şəxslər orduya daxil ediləcəklər.
Adının çəkilməsini istəməyən rusiyalı hərbi ekspertin BBC-yə verdiyi məlumata görə, səfərbər olunanların hazırlanması bir neçə ay çəkə bu isə bəzən işin gedişatını ləngidir. Çünki
"vətənpərvər" ekspertlər və bloqçular daha çox deyirlər ki, orduya bu qüvvələr arxada deyil, cəbhədə lazımdır, altı aydan sonra yox, lap indi.
Səfərbərlik qismən də olsa, bu, mahiyyətcə genişmiqyaslı müharibə olmasına baxmayaraq, müəyyən çərçivələr daxilində saxlanılan münaqişənin kəskin artmasıdır.
Məsələn, Qərb ölkələri, ilk növbədə, ABŞ Ukraynaya hərbi-texniki yardımı məhdudlaşdırıb, onun tələb etdiyi bütün silahları ona çatdırmayıb.
Bu, qismən Ukraynanın Rusiya ərazisindəki obyektlərə zərbələr endirəcəyi qorxusu ilə bağlı idi. Digər məhdudiyyətlər də var idi.
Putin və Şoyqunun bəyanatları ilə bağlı xarici dövlətlərin hər hansı cavab addımları barədə danışmaq hələ tezdir, lakin qismən də olsa, səfərbərlik, xüsusilə də Rusiya prezidentinin çıxışında yer alan nüvə silahından istifadə ilə bağlı hədə münaqişəni yeni səviyyəyə çıxaracaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top