Sərbəst çalışan jurnalistlərin hüquqları tanınacaq

KÖŞƏ 27 sen 2022, 12:32 106
“Media Reyestrinin yaradılması ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır” - RƏY

Sosial.tv bildirir ki, bu barədə Report-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttfaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
M.Ələsgərli vurğulayıb ki, “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq olunması haqqında Prezidentin fərmanı Azərbaycan mediasının saflaşdırılması, sağlamlaşdırılması və peşəkarlaşdırılması yönündə verilmiş çox mühüm bir qərardır.
 
O, Media Reyestrinin yaradılması təşəbbüsünü ilk gündən, yəni, onun “Media haqqında Qanun”un layihəsində nəzərdə tutulduğu gündən dəstəklədiyini bildirib:
 
"Media Reyestrinin aparılması qaydalarında nəzərdə tutulan maddələr əslində peşəkar KİV və jurnalist anlayışı üçün mövcud olan meyarlardır. Reyestrin formalaşdırılması, orada nəzərdə tutulan prinsiplərin tətbiq edilməsi ölkədə peşəkar media subyektləri və jurnalistlərlə həvəskar xəbər istehsalçısının sərhədlərini müəyyənləşdirəcək. Bu, həm media işçiləri, həm də cəmiyyət üçün çox faydalıdır. Reyestrə düşməyin mühüm şərtlərindən biri etik davranış qaydalarına əməl etməkdir. Qaydaların 6.6.11-ci maddəsində bu ifadə çox açıq şəkildə təsvir edilib. Etik kodeksə əməl etmək doğru, düzgün, qərəzsiz informasiya istehsal etmək deməkdir ki, bu da cəmiyyətimiz üçün çox faydalıdır".
Media ekspertinin fikrincə, bu qaydaların qüvvəyə minməsi ilə ölkədə ilk dəfə sərbəst çalışan jurnalistlərin hüquqları tanınır, qaydalar çox mükəmməl hazırlanıb və media ictimaiyyəti üçün çox faydalıdır.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top