Ceyhun Bayramov Azərbaycan səfirliklərinin mühafizəsini təmin etməyən ölkələri tənqid edib

DAXİLİ SİYASƏT 22 sen 2022, 16:51 101
Real.Tv-ə müsahibə verən Ceyhun Bayramov bildirib ki, Azərbaycandakı səfirliklərin yüksək standartlarla mühafizəsinin təşkil edilməsi müəyyən mənada Azərbaycan dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə nə qədər böyük məsuliyyətlə yanaşmasının bariz bir nümunəsidir.
“Bu kimi təxribat xarakterli addımlara, radikal erməni qruplaşmaları tərəfindən bizim diplomatlarımıza, diplomatik missiyalarımıza qarşı hücumlara münasibət bildirərkən, ilk növbədə, onu qeyd etmək istərdim ki, hər bir qəbul edən tərəfin öhdəliyi təhlükəsizliyin təmin olunmasıdır. Burada vəziyyət eyni deyil. Biz bu təxribatları bir çox ölkədə görürük. Elə ölkələr var ki, özləri qabaqlayıcı tədbirlər görür. Bəzi hallar olur ki, biz özümüz onları məlumatlandırırıq və onlar tez, çevik, operativ tədbirlər görürlər və bunun qarşısını alırlar. Amma, əfsuslar olsun ki, bəzi hallarda, yumşaq desək, qəbul edən tərəfin reaksiyası və addımları buna adekvat deyil. Biz belə olan təqdirdə, təbii ki, ciddi şəkildə tələblərimizi qoyuruq, səfirlər dəvət olunur, onlara etiraz notaları verilir ki, bu təmin edilsin”, - XİN başçısı vurğulayıb.
Həmçinin C.Bayramov söyləyib ki, Azərbaycanın digər ölkələrdəki səfirliklərinə terror xarakterli vandallıq hadisələri baş veribsə, onlar mütləq şəkildə araşdırılmalı, günahkarlar mütləq şəkildə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan dövləti olaraq israrlı şəkildə bunun üzərində dayanacağıq. Hesab edirik ki, bu cəzasızlıq mexanizmi növbəti təxribatlar üçün yol açır və onu stimullaşdırır. Ona görə bu məsələ nəzarətimizdə saxlanılacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top