Qazaxıstan və Özbəkistan respublikalarının nümayəndə heyətləri Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

DAXİLİ SİYASƏT 21 sen 2022, 19:37 53
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin və Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Kadrların Hazırlanması İdarəsinin nümayəndə heyətləri Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda olublar.
Sosial.tv-nin Müdafiə Nazirliyindən aldığı məlumata görə, nümayəndə heyətlərinin rəhbərləri Heydər Əliyev adına Hərbi İnstitutun xatirə kitabına ürək sözlərini yazıblar.
Qonaqları salamlayan Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Fizuli Salahov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Nümayəndə heyətlərinə hərbi institutun tarixi və fəaliyyəti barədə brifinqlər təqdim edilib, hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
Sonra qonaqlar təhsil müəssisəsinin ərazisi, tədris korpusları, maddi-texniki bazası və muzeyi ilə tanış olub, eyni zamanda, tədris prosesini izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top