Komitələrin hesabatları yekunlaşdı

DAXİLİ SİYASƏT 27 yan 2022, 16:37 5680

Bu gün Milli Məclisin yaz sessiyası üzrə ilkin komitə iclasları yekunlaşıb.

 

sosial.tv xəbər verir ki, parlamentin hər bir komitəsi ötən payız sessiyasında görülən işlər haqqında hesabatı təqdim edib və yaz sessiyası üzrə İş planının müzakirəsini həyata keçirib.

 

İlkin iclaslardan sonra Milli Məclisin yaz sessiyasının ümumi İş planı üzvlərə təqdim ediləcək.

 

Fevralın 1-də keçiriləcək ilk plenar iclasın gündəliyinin isə yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir.

 

Qeyd edək ki, Milli Məclisdə 15 komitə fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top