Türkiyədə fırtına zamanı 63 nəfər yaralanıb,5 nefer ölüb

ARAŞDIRMA 01 dek 2021, 07:14 304

Türkiyənin Mərmərə bölgəsində “Lodos” fırtınası nəticəsində 63 nəfər yaralanıb, daha 5 nəfər ölüb.

“Jia az” xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, Mərmərə bölgəsinə 28 ədəd təcili tibbi yardım maşını, 99 səhiyyə işçisi ayrılıb.

Daha əvvəl verilən məlumata görə, Konya-Ankara yolunda 30 avtomobilin toqquşması zamanı əmələ gələn zəncirvari qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Qəzanın baş verməsinə səbəb qum fırtınası olub.

Konya-Ankara avtomobil yolundakı qəza nəticəsində 2-si ağır olmaqla 6 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top