Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

KRİMİNAL 18 okt 2021, 13:45 265

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "sosial.tv"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 17-də saat 7 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində M.Bağırov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən qəsəbə sakini Nina İvanovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top